Angela Merkel Berlində müsəlmanlarının mitinqinə qatılacaq

17:42 13 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:40 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Almaniyanın federal kansleri Angela Merkel, vitse-kansler Siqmar Qabriel və bir sıra siyasətçilər ölkənin müsəlman təşkilatları tərəfindən təşkil olunan yürüşə qatılacaq.

 

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında Berlində baş tutacaq yürüşə yəhudi icmasının nümayəndələri də dəvət olunub. Yürüşün məqsədi Almaniyada dini tolerantlığı təbliğ etməkdir. Ötən gün Berlində anti-İslam yürüşünə 25 mindən çox insanın qatılması Almaniya rəhbərliyini də narahat edib və Merkel müsəlman icmasına dəstək verməyi qərara alıb.

 

“Məhrumiyyət və qorxudan bizə pənah gətirən, müdafiəyə ehtiyacı olan insanlar burda ləyaqətli davranışa layiqdirlər. Biz fundamental və konsitusiyon dəyərlərimizi sual altına salan hər şeyə qarşı olmalıyıq”, - deyə A.Merkel bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR