Araz Əlizadə: Müxalifət partiyalarının indidən parlament seçkilərinə hazırlaşması gündəmdə qalmaq üçündür

Araz Əlizadə: Müxalifət partiyalarının indidən parlament seçkilərinə hazırlaşması gündəmdə qalmaq üçündür
17:43 13 Yanvar 2015
323 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Müxalifət partiyalarının indidən parlament seçkilərinə hazırlığa başlaması gündəmdə qalmaq üçün bir hərəkətdir. Bu barədə Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) sədri Araz Əlizadə bir sıra müxalifət partiyalarının parlament seçkilərinə hazırlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hələ bələdiyyə seçkiləri tam yekunlaşmamış parlament seçkilərinə başlamaq və s. hamısı cəfəngiyyatdır: “Bizim radikal müxalifət hərdən əcaib ideyalar irəli sürür. Əvvəl qərar qəbul edib sonra başlayırlar fikirləşməyə. Müxtəlif bloklar və s. yaradırlar. Bizim partiyanın qərarı var ki, bundan sonra heç bir blokda, birlikdə iştirak etməyəcəyik. Çünki Azərbaycan müxalifətində birlik siyasi mədəniyyəti yoxdur. Dəfələrlə müxtəlif adlar altında birliklər yaradıblar. Hamısının da mahiyyəti eyni olub. Eyni adamlar və nəticədə də heç nəyə nail olunmayıb”.

A.Əlizadə qeyd edib ki, rəhbərlik etdiyi partiya parlament seçkilərinə hazırlığa başlayacağı vaxtı da açıqlayıb: “Biz təxminən may ayından sonra seçkilərə hazırlaşmağa başlayacağıq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR