Maşa və körpə

18:18 13 Yanvar 2015
250 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Maşa ləqəbli pişik binanın girişinə atılmış körpəni soyuq havadan qorumaq üçün ağuşuna alıb.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, indi Maşa Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərinin fəxrinə çevrilib.

Maşa naməlum şəxslərin atdığı oğlan uşağını bir neçə saat isidib. Hadisə yerinə gəlmiş həkimlər körpədə heç bir xəsarət və xəstəlik aşkar etməyiblər.

Maraqlıdır ki, körpəni apararkən Maşa da onu yola salmağa çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2352811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR