Benzin niyə bahalaşdı?

Benzin niyə bahalaşdı?
18:21 13 Yanvar 2015
210 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda benzinin qiymətinin artırılması dövlət büdcəsinin problemləri ilə bağlıdır. Avtomobilinə gündəlik 15 litr benzin işlədən insan üçün 2 qəpik bir çörəyin pulunu edir".

Bunu ANS PRESS-ə iqtisadçı alim Oqtay Haqverdiyev bildirib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti aşağı düşür, bizdə isə benzinin qiyməti daha da qaldırılır. Bizdə büdcə 1,5 milyard manat kəsirlə qəbul olunub. Neftin qiyməti 90 dollardan hesablanıb. İndi qiymət 50 dollara düşüb. Yerdə qalan 40 dollar necə ödəniləcək? Deməli, böyük çətinlik yaranır.

O deyib: "Ümumiyyətlə, bu il çox çətin olacaq. Büdcə sistemi qanununda əmək haqqı, pensiya, dərman almaq, təhlükəsizlik və s. ilə bağlı müdafiə olunmuş maddələr var. Bu xərclər mütləq ödənilməlidir. İndi vəziyyət belə olan halda, bu vəsait haradan ödəniləcək? Valyuta ehtiyatımıza güvənilir, amma bu məsələdə də müəyyən problem yaranır. Benzinin qiymətini 5 dəfə artırmaqla da büdcəni doldurmaq mümükün deyil. Ona görə bu artım büdcəyə heç nə vermir.

Qeyri-hökumət təşkilatları hesablayıblar ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə torpaq vergisindən, avtomobil, tütün, araq aksizlərindən gələn gəlirin hamısı bir yerdə 100 milyon manat edir. Amma söhbət milyardlardan gedir. Ona görə, benzinin iki dəfə artması da heç nə verməyəcək".

O.Haqverdiyev çıxış yolu kimi dövlət xərclərinin azaldılmasını təklif edib: "Bizim büdcədə 7 milyard manatlıq xərc nəzərdə tutulub. 7 milyarda daxil olan bəzi layihələr var. Onlardan yalnız ikisini - Avropa Yay Olimpiya Oyunları və TANAP layihəsini icra etmək vacibdir. Bu layihələrin təqribi qiymədi 3 milyard manat edir. Amma digər layihələri başqa vaxta keçirməklə bəlkə nəsə etmək olar".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=319446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR