Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş prezidentini təbrik edib
18:32 13 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu  ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Qrabar-Kitaroviç,

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR