İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
18:36 13 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: "Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR