ARDNŞ "Super" və "Premium" yanacaqlarının qiyməti ilə bağlı məlumat yaydı

ARDNŞ "Super" və "Premium" yanacaqlarının qiyməti ilə bağlı məlumat yaydı
18:38 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

ARDNŞ “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiyməti ilə bağlı məlumat yayıb.

Trend Şirkətin saytına istinadən məlumat verir ki, son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar ARDNŞ tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti, müvafiq olaraq, “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün isə 95 qəpikdən 93 qəpiyə endirilib.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2352828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR