Bakı 2015 Avropa Oyunları “Ulduz Elçi” proqramının təqdimatını keçirib - FOTOSESSİYA

Bakı 2015 Avropa Oyunları “Ulduz Elçi” proqramının təqdimatını keçirib - FOTOSESSİYA
18:52 13 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 18:46 ]


Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Muğam Mərkəzində Bakı 2015 Avropa Oyunları “Ulduz Elçi” proqramının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, Azərbaycanın məşhur sənətçiləri İlk Avropa Oyunları üçün ulduz elçi olacaqlar: “Sözügedən sənətçilərin sırasına Tünzalə Ağayeva, Röya, Eldar Qasımov və Nigar Camal, Bəhram Bağırzadə, Rafael və Coşqun, Murad Dadaşov və başqaları daxildir. Ulduz Elçilər iyunun 12-də başlayacaq idman tədbirləri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq”.

 

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq oyunların təbliğ olunmasında iştirak edən elçilərə uğurlar arzulayıb: “Bizə göstərdikləri dəstəyə görə ulduz elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR