"Real" qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "kral klubu" "Fənərbağça"nın 19 yaşlı futbolçusu Elif Elması transfer etmək niyyətindədir. Bu barədə Makedoniya mətbuatı məlumat yayıb.

"Fənərbağça"yla 2023-cü ilə qədər müqaviləsi olan Elmas üçün "Real", 20 milyon avro təklif etməyə hazırlaşır. Makedoniyalı futbolçunun sərbəstqalma məbləği 23 milyon avrodur.

2017-ci ildə Makedoniyanın "Rabotnicki" klubundan transfer edilən Elmas, Super Liqa təmsilçisiylə cari mövsümdə 22 qarşılaşmada iştirak edərək, bir məhsuldar ötürməylə yadda qalıb.

19 yaşlı yarımmüdafiəçi 5 dəfə də Makedoniya millisinin şərəfini qoruyub.

Milli.Az