"Qızıl top" Ronalduya 133 min abunəçi qazandırdı

"Qızıl top" Ronalduya 133 min abunəçi qazandırdı
19:12 13 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

2014-cü ilin yekunlarına görə dünyanın ən yaxşı futbolçusu seçilməsi Kriştianu Ronaldunun Instagram sosial şəbəkəsindəki abunəçilərinin sayını xeyli artırıb.

Trend-in məlumatına əsasən, "Qızıl top" sayəsində portuqaliyalı futbolçunun adıçəkilən şəbəkədəki abunəçilərinin sayı yanvarın 12-də 133 min nəfər artıb.
Bununla da Madrid "Real"ının forvardının Instagram-dakı abunəçilərinin ümumi sayı 10,8 milyonu ötüb.
 
Qeyd edək ki, ulduz futbolçunun abunəçiləri digər sosial şəbəkələrdə də artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR