Türkiyədə azərbaycanlı müəlliflərin Xocalı haqqında kitabı çap olunub

Türkiyədə azərbaycanlı müəlliflərin Xocalı haqqında kitabı çap olunub
19:22 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 19:16 ]


Bakı. Cavid Zeynallı – APA. Türkiyənin “Cinius” nəşriyyatında “Hocalının Kurdeleli Anahtarı” (“Xocalının Lentli Açarı”) romanı çap olunub.

 

APA-nın məlumatına görə, kitabın müəllifləri gənc yazarlar Ziyad Quluzadə və Dilbər Quliyevadır.

 

Roman Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun dəstəyi ilə çap olunub.

 

Z. Quluzadə bildirib ki, “Hocalının Kurdeleli Anahtarı” romanı erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş soyqırımı psixoloji-postmodern ədəbiyyat prizmasından “Kollaj” və “dekonstruskiya” edilərək, tarixi hadisələrdə Kafka və klassik ədəbi qəhrəmanların iştirak etdiyi bir tablo yaradıb: “Kitab Türkiyədə bir çox kitab dükanlarında və aparıcı internet satış mağazalarında oxucuların ixtiyarına verilib”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR