Ukrayna qadınların ümidinə qaldı

Ukrayna qadınların ümidinə qaldı
19:26 13 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Suverenliyi təhlükə altına düşən Ukrayna qadınları da hərbi xidmətə çağıra bilər.

ANS PRESS-in məlumatına görə, Ukraynada qanunvericiliyə edilən dəyişikliyə əsasən səfərbərlik zamanı hərbi mükəlləfiyyətli kişilərlə yanaşı, hərbi mükəlləfiyyətli qadınlar da ordu sıralarına çağırılacaq.

Yeni qanuna əsasən ehtiyac yaranacağı təqdirdə hərbi mükəlləfiyyətli 25-60 yaşlı kişilər və 25-50 yaşlı qadınlar orduya çağırıla bilər.

Xatırladaq ki, hazırda Ukraynada səfərbəylik elan olunub. 50 mindən çox ehtiyyatda olan şəxsin orduya cəlb olunacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR