Əfran penalti vura bilmədi, "İnter" "sülh" bağladı

Əfran penalti vura bilmədi, "İnter" "sülh" bağladı
19:32 13 Yanvar 2015
163 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ikinci yoxlama oyunu keçirib. Fanat.az хəbər verir ki, "bankirlər" Almaniyanın “Energi Kottbus" klubu ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 4-cü dəqiqə Nizami Hacıyev açıb. 41-ci dəqiqədə Əfran İsmayılov penaltidən yararlana bilməyib. 

Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə Türkiyə təmsilçisi “İnegölspor”la üz-üzə gəlmiş və 4:1 hesablı qələbə qazanmışdı. Kaхaber Tsхadadze yetirmələrini yanvarın 14-də "Kayrat" (Qazafxıstan), 17-də "Kasımpaşa" (Türkiyə), 20-də "Metallist"lə (Ukrayna) oyunda sınayacaq. Yanvarın 23-dəki rəqib hələ bəlli deyil.

Antalya
Yoxlama görüşü
13 yanvar

İnter (Azərbaycan) - Energi Kottbus (Almaniya) 1:1
Qol: Nizami Hacıyev, 4.
Qırmızı vərəqə: Laşa Salukvadze, 17/

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fran-penalti-vura-bilmdi-quotnterquot-quotsulhquot-balad-t18770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR