Azərbaycanla bağlı bəyanat (VİDEO)

Azərbaycanla bağlı bəyanat (VİDEO)
19:36 13 Yanvar 2015
181 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstan Respublikasının rəhbərinin administrasiyasının mətbuat katibi Dağıstan və Azərbaycan xalqlarının münasibətlərilə bağlı rəsmi bəyanat yayıb.

ANS TV-nin “Dağıstanskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, son günlər Azərbaycan və Dağıstan xalqları arasında inamsızlıq yaratmaq məqsədilə bəzi qüvvələrin müxtəlif vasitələrə əl atdığı müşahidə olunur:

“Tam aydındır ki, heç bir əsası olmayan bu cür xəbərlərin arxasında milli kimliyindən sui-istifadə edərək çirkli işlərlə, fırıldaqçılıqla və korrupsiya ilə məşğul olan insanlar dayanır. Öz vəzifələrindən azad edilən bu şəxslər DağIstan və Azərbaycan xalqları arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinə xələl gətirmək üçün şayiələr yayırlar. Dağıstan rəhbəri Ramazan Abdulatipovun dediyi kimi, heç kəs indiyə kimi sülh və razılıq şəklində yaşayan bu iki xalqı qarşı-qarşıya gətirməyə nail ola bilməyib və bilməyəcək”.

Qeyd edək ki, bir müddət öncə mediada, Dağıstan qəbirstanlığında Seyid Ağa ziyarətgahının və Nizaminin heykəlinin dağıdılması ilə bağlı xəbərlər yayılmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR