Meydana onlara verə bilməzdik (VİDEO)

Meydana onlara verə bilməzdik (VİDEO)
20:01 13 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl "Charlie Hebdo" redaksiyasına edilən silahli hücumun fonunda Fransanın paytaxtı parisdə keçirilən “Birlik marşı” ilə bağlı reaksiyalar gəlməkdə davam edir.

ANS TV-nin məlumatına görə, üç milyona yaxın insanın və 40-dan çox dünya liderinin qatıldığı yürüşə Amerika Birləşmiş Ştatları nümayəndə göndərmədiyi üçün üzr istəmişdi.

Bu gün isə Türkiyə baş naziri Əhməd Davudoğlu həmin aksiyada müsəlman Türkiyənin iştirakını tənqid edənlərə cavab verib. O, Türkiyənin orada iştirakını məqsədə uyğun hesab edib:

“Bəziləri bizim İsrail baş nazirilə birgə Paris yürüşündə iştirakımızı tənqid edir. Biz meydanı onlara buraxa bilməzdik. İnsanlıq haradadırsa, biz də orada olacağıq. Bizim orada olmağımız nə qədər təbiidirsə, nə qədər səmimidirsə, İsrail baş nazirinin orada olmağı o qədər anormal və o qədər qeyri-səmimidir. Məhz bunu da dünyanın diqqətinə çatdırdıq və bundan sonra da çatdırmaqda davam edəcəyik”.

Əhməd Davudoğlu həmçinin islamın adının terrorla anılmasına imkan veməyəcəklərini də bəyan edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR