Yeni sürücüsüz avtomobil yaradılacaq

Yeni sürücüsüz avtomobil yaradılacaq
20:17 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın General Motors şirkəti sürücüsüz avtomobillərin yaradılması üzrə Google korporasiyası ilə əməkdaşlığa hazırdır. Hər il Şimali Amerika Beynəlxalq Avtomobil sərgisində iştirak edən General Motorsun texnologiya bölməsinin rəhbəri Con Lokner belə fikir səsləndirib.
 
O deyib ki, ABŞ-ın ən böyük avtomobil istehsalçısı bu məsələnin müzakirəsinə hazırdır. Gözləntilərə görə, çərşənbə günü bu forumda Googleun sürücüsüz nəqliyyat vasitələrinin yaradılması üzrə texnologiyaların inkişafı ilə məşğul olan bölməsinin rəhbəri Kris Urmson çıxış edəcək. Medianın məlumatına görə, o, Googleun avtomobil şirkətləri ilə əməkdaşlığa başlamaq planını elan edəcək. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, hər kəsə məlumdur ki, Google uzun müddətdir sürücüsüz hərəkət etməyə qadir nəqliyyat vasitələrinin istehsalı üçün lazım olan texnologiyaların inkişafı ilə məşğul olur. 2012-ci ildə internet şirkətinin nümayəndələri bildiriblər ki, yaradılmış sürücüsüz avtomobillər sınaqlar zamanı 500 min kilometrdən çox məsafə qət edib. 2014-cü ildə Google kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib.
 
General Motors artıq forumda öz yeni Chevrolet Bolt elektrik avtomobilini nümayiş etdirib. Şirkətin direktoru Meri Barra deyib ki, bu maşın 320 km-dən çox məsafə qət edə bilər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/318861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR