Kanadada yaşamaq istəyənlərin nəzərinə

Kanadada yaşamaq istəyənlərin nəzərinə
20:27 13 Yanvar 2015
182 Dünya
Ölkə mətbuatı
A- A+

Kanada yenidən qapılarını miqrantların üzünə açır.
Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu il bütün peşə sahibləri Kanada vətəndaşlığını almaq üçün müraciət edə biləcək.
Yeni miqrasiya siyasətinə uyğun olaraq, Ottava 2015-ci ildə 285 min miqrantı qəbul etməyi hazırlaşır. Bu ölkədə ən şox mühəndislik, maliyyə, tibb və marketinq peşələrinə və təcrübəli şəxslərə ehtiyac duyulur.
 
Məlumata görə, Kanadada 3 il yaşadıqdan sonra bu ölkənin pasportu və vətəndaşlığına sahib olmaq mümkündür. Kanada vətəndaşlığı dünyada ən tez alınan vətəndaşlıqlardan biridir.
 
Qeyd edək ki, 2014-cü ildə 290 min insan Kanada vətəndaşı olmaq hüququ qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR