Avtobus partladı: 10 ölü

Avtobus partladı: 10 ölü
20:42 13 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Donetskdə separatçılar avtobusu mərmi ilə vurublar
Ukraynanın Donetsk vilayətində sərnişin avtobusu partladılıb.

Anspress-in məlumatına görə, Ukrayna mətbuatı yazır ki, separatçılar tərəfindən atılan mərmi nəticəsində 10 dinc sakin ölüb. Daha 13 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Rusiya meylli separatçıların hökumət qoşunlarının blokpostuna atdığı mərmi yaxınlıqda olan avtobusa dəyib. Hadisə barədə Donetsk vilayət dövlət inzibati idarəsinin mətbuat xidmətinin rəhbəri Yelena Malyutina açıqlama verib:

"On insan həlak olub, daha on üç nəfər isə yaralanıb. Hadisə sərnişin dolu avtobus blokpostu keçərkən baş verib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR