Metroda qatar uşağı sürüdü (VİDEO)

Metroda qatar uşağı sürüdü (VİDEO)
20:46 13 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında olduqca təhlükəli insident yaşanıb.

Belə ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb. Naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.

Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib.

Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.

Hadisə yerində olan “Yeni Müsavat”ın əməkdaşlarının əldə etdiyi xoşagəlməz hadisənin videogörüntülərini diqqətinizə çatdırırıq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR