Bakı. Tural Turan - Trend:

Makedoniyadan yola düşən avtobus Serbiyanın cənubunda yoldan çıxıb. Trend-in məlumatına görə, hadisə yerli vaxtla saat 01:45-də baş verib.

Prilep-Vyana marşrutu ilə hərəkət edən avtobus yoldan çıxıb və aşıb.

Serbiya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, 3 nəfər ölüb, 28 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis qəzanın səbəblərini araşdırır. Qeyd edək ki, son iki gündür Serbiyada yağış və qar yağıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin