İnternetin fəaliyyətinin monitorinqi ilə məşğul olan “Dyn” şirkətinin məlumatına görə, "Nepal Telecom” mobil operatoru internetlə əlaqəni saxlamağa nail olub, lakin zəlzələ səbəbindən yerli rabitə xətləri və istifadəçi kanalları zədələnib.
“Google” şirkəti zəlzələ nəticəsində xəsarət alan insanlar haqqında informasiyanın toplanması və axtarışı üçün “Person Finder” əlavəsini istifadəyə verib. Hazırda əlavəyə 6900 məlumat daxil edilib.
“Facebook” şirkəti isə fəlakət zonasında olan istifadəçilər üçün "Safety Check” sistemini işə salıb. Sistem sayəsində internetə çıxış imkanı olanlar özləri barədə məlumat verə bilirlər.
Qırmızı Xaç Cəmiyyəti də saytında qohumlara və dostlara Nepalda olan insanlar barədə məlumat verməyə imkan verən əlavəni istifadəyə verib, - "Computerworld” yazır.