Kamerun ordusu “Boko Haram” qruplaşmasının 140-dək silahlısını məhv edib

21:57 13 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 21:55 ]


Bakı-APA. Kamerun hökuməti ölkənin şimalındakı hərbi bazaya hücum edən “Boko Haram” qruplaşmasının 143 silahlısını məhv etdiyini bildirib.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Kamerunun rabitə naziri İssa Txirom bildirib ki, bu qruplaşmanın ölkə ərazisində indiyədək ən ağır itkisidir. Onun sözlərinə görə, əməliyyat zamanı 1 kamerunlu hərbçi həlak olub.

 

Kamerunun ordu komandanlığı açıqlamasında Nigeriyadan dövlət sərhədini pozmaqla ölkə ərazisinə keçən silahlıların Kolofat şəhərindəki hərbi bazaya hücumunun dəf edildiyini qeyd bildirib.   

 

“Boko Haram” qruplaşması Nigeriyada fevral ayında keçiriləcək ümumxalq seçkiləri ərəfəsində hücumların sayını artırıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR