"Azadlıq adası"nda Wi-Fi inqilabı başlanır

"Azadlıq adası"nda Wi-Fi inqilabı başlanır
21:57 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Kubanın ETECSA telekommunikasiya şirkəti adanın ikinci ən böyük şəhəri olan Sentyaqo-de-Kubanın ictimai yerlərində Wi-Fi nöqtə quraşdıracaq. Bu haqda Kubanın Cubaperiodistas.cu portalı yazıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, adanın sakinləri Wi-Fi nöqtəsinə qoşulmaq üçün saata 4,50 Kuba pesosu (təxminən 3.50 AZN) ödəməlidir. Bu, kubalılar üçün az məbləğ deyil. Bu halda Kubada internet yenə də senzuradan keçirilir, bu məbləğlə şəbəkəyə tam giriş əldə etmək olmaz.
 
Bundan əvvəl Azadlıq Adasının sakinləri yalnız kabel qoşulması və ya xüsusi terminallar vasitəsilə internetdən istifadə ediblər. Qeyri-rəsmi isə kubalılar mehmanxanaların şəbəkəsinə və ya xüsusi şəxslərin qorunmamış Wi-Fi nöqtələrinə qoşulublar.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/318857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR