Lənkəranda yumurtadan təkqanadlı cücə çıxıb. APA-nın cənub bürosunun məlumatına görə, bu anomal hadisə rayonun Tütəpeştə kənd sakini, 80 yaşlı Əminə Əliyevaya məxsus fərdi təsərrüfatda qeydə alınıb. Ağbirçək qadının iki ay öncə basdırdığı kürt toyuğun çıxardığı balalardan biri təkqanadlı olub. Amma bununla belə cücə sərbəst yeriyir, digər ev quşları ilə birlikdə normal qidalanır.