Sorosdan Poroşenkoya məsləhət

Sorosdan Poroşenkoya məsləhət
23:32 13 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Prezidenti Pyotr Poroşenko ABŞ milyarderi Corc Sorosla görüşüb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb.
 
Poroşenko Ukraynaya dəstək verdiyi üçün Sorosa təşəkkür edib və beynəlxalq cəmiyyətə Sorosun çağırışının önəmli olduğu vurğulanıb.
 
Tərəflər Ukraynaya iqtisadi yardımın artırılması üçün müzakirələr aparıblar. Soros Poroşenkoya AB-dən yardım almağın əhəmiyyətindən və onun rolundan danışıb. Bundan əlavə, Soros Poroşenkoya məsləhətlərini də verib:
 
"Ukrayna islahatların aparılmasına davam etməlidir. Siz göstərməlisiniz ki, yeni Ukrayna köhnədən fərqlənir. Ukrayna yalnız özünü deyil, Avropanı qorumaq üçün də mübarizə aparmalıdır. Bunun üçün AB Ukraynaya islahatların tətbiqi üçün yardım etməlidir. Ən əsas da maliyyə yardımına ehtiyac var".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR