ABŞ Ukraynada sərnişin qətliamına görə məsuliyyəti Rusiyanın üzərinə qoydu

ABŞ Ukraynada sərnişin qətliamına görə məsuliyyəti Rusiyanın üzərinə qoydu
00:44 14 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti Ukraynanın şərqində vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ABŞ xarici siyasət qurumunun  rəsmi nümayəndəsi Mari Harfın açıqlamasına əsasən, yanvarın 14-də Donetsk aeroportuna və Volnovaxada sərnişin avtobusuna hücum Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən törədilib.

 

Mari Harf Rusiyadan Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

 

Qeyd edək ki, ötən gün Ukrayna vaxtı ilə  saat 14:30 radələrində hökumət qoşunlarının Volnovaxa yaşayış məntəqəsi yaxınlığındakı blok-postuna doğru atılan mərmi birbaşa yaxında olan reys avtobusuna dəyib. Artilleriya zərbəsi 10 nəfər dinc sakinin həyatına son qoyub, 18 nəfər yaralanıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.  Ukrayna DİN-i zərbənin separatçılar tərəfindən həyata keçirildiyini iddia edir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR