Son dövrlər meydandan kənar hərəkətləri ilə gündəmdən düşməyən Arda Turan azarkeşlərin də hədəfinə tuş gəlib.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ötən gün Super Liqanın XVII turu çərçivəsində "Alanyaspor"un qonağı olan "Başakşəhər"in baş məşqçisi Abdullah Avcı onu 68-ci dəqiqədə meydana buraxıb.
Amma bu zaman Arda azarkeşlərin təzyiqi ilə üzləşib. Top hər dəfə ona gələn zaman alanyalı fanatlar tərəfindən fitə basılıb.
Qeyd edək ki, cari mövsümdə bundan əvvəl 7 matçda meydana çıxan Arda cəmi 31 dəqiqə oynayıb.
Onu da qeyd edək ki, "Alanyaspor" - "Başakəşəhər" matçı 1:1 hesabı ilə başa çatıb.
Milli.Az