Bakı-Sumqayıt yolunda ata və oğlu qəzaya düşdü

Bakı-Sumqayıt yolunda ata və oğlu qəzaya düşdü
06:21 14 Yanvar 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən axşam Bakı-Sumqayıt yolunda avtomobilin şması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, 20 yaşlı Bakı sakini Nadir Gülməmmədov idarə etdiyi “BMV” markalı minik maşını ilə üzü paytaxt istiqamətində hərəkətdə olub. Yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində sürücü avtomobilə nəzarəti itirib və maşın aşıb.

Hadisə zamanı sürücü ilə yanaşı maşında olan sərnişin - sürücünün atası Cavad Gülməmmədov da xəsarət alıb. Yaralı şəxslər Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Qəzaya səbəb kimi ilkin olaraq sürət həddinin düzgün seçilməməsi göstərilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR