Ukrayna hökuməti Nepalda baş verən zəlzələdə zərər çəkən və qorxu içində olan vətəndaşlarının təxliyyəsi üçün hərəkətə keçib.

ANS PRESS-in məlumatına görə, Nepaldakı ukraynalıların təxliyyəsi üçün “Lil-76” təyyarəsi çərşənbə gecəsi Dehliyə yola düşüb. Bu barədə Ukrayna xarici işlər nazirliyinin mərbuat xidməti xəbər yayıb.

Xəbərdə bildirilir ki, Dehliyə çatan təyyarə daha sonra növbəti təyinat nöqtəsi olan Nepalın paytaxtı Katmandu istiqamətində havaya qalxacaq.

Təyyarənin içində Ukraynanın konsullarının, FHN xilasedicilərinin, Ukrayna Kİv nümayəndələrnin olduğu bildirilir.

Ukrayna XİN-i yaydığı məlumatda 190-dan çox vətəndaşının Nepalda olduğunu açıqlayıb.

Xatırladaq ki, ötən həftənin şənbə günü Nepalda 7.9 bal gücündə zəlzələ baş verib. Paytaxt Katmandunun 80 km şimal-şərqindəki Lamjunqda meydana gələn zəlzələdə ölənlərin sayının 50 mindən çox olduğu açıqlanıb.
Mənbə
ANS PRESS