Bakıda 18 yaşlı gənc bıçaqlandı

Bakıda 18 yaşlı gənc bıçaqlandı
06:46 14 Yanvar 2015
224 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda 18 yaşlı gəncin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib. Yeni Yasamal 1-ci yaşayış sahəsindən qarın boşluğunun kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatıralan gəncin həyatı cərrahi müdaxilə ilə xilas edilib. İlkin olaraq yıxılaraq xəsarət aldığını deyən həmin şəxsin müayinəsi zamanı onun bıçaqlandığı ortaya çıxıb. Elə buna görə də, hadisə ilə bağlı polis də məlumatlandılıb.

Əraziyə və yaxın çevrəyə müayinə keçirən 29-cu polis bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. İlkin araşdırmlarla gəncin adının Rza olduğu müəyyən edilsə də onun bağlı ətraflı məlumat toplamaq mümkün olmayıb. Buna, zərərçəkənin əməliyyatdan sonra dindirməyin hələlik mümkün olmaması səbəb olub.

Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Hadisinin təfərrüatları və kim tərəfindən törədildiyi hələlik məlum deyil.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=319557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR