Məbəx sirləri: "Astra" salatı

Məbəx sirləri: "Astra" salatı
07:05 14 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Astra" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 toyuq döşü
2 ortaboy pomidor
2 diş sarımsaq
4 yumurta
1 qırmızı bolqar bibəri
1 st. ağ suxarı
duz
2 x.q. mayonez

Toyuq ətini bişirin, xırda doğrayın.

Pomidoru kubik doğrayıb duzlayın.

Sarımsağı xırdalayın.

Yumurtaları suda bişirib soyudun, təmizləyin, sürtgəcin orta gözündən keçirin.

Bolqar bibərini kubik doğrayın.

Suxarını 3 dilim ağ çörəkdən hazırlayın: kubik doğrayın, üzərinə su və duz səpin, tavada qurudun.

Arasına nazik qat mayonez çəkməklə lay-lay düzün: toyuq + pomidor + sarımsaq + yumurta + bibər + suxarı.
 
Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/318497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR