Bakıda yolu keçmək istəyən piyadanı maşın vurdu

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurdu
07:26 14 Yanvar 2015
272 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən axşam Bakının Xətai rayonunda yolu keçmək istəyən şəxsi maşın vurub.

Rayonun Yusif Səfərov küçəsində qeydə alınan hadisə zamanı 30 yaşlı Rüstəmov Sahib Ələddin oğlu “KIA” markalı minik maşının zərbəsinə tuş gəlib.

Şahidlərin sözləinə görə, piyada qəfildən yolun əks tərfinə keçmək istəyib. Lakin həm Sahib Rüstəmov həm də maşın sahibinin diqqətsiz davranışı sonda 30 yaşlı kişinin xəstəxanlıq olması ilə nəticələnib.

Yaralı şəxs dərhal 1 saylı şəhər xəstəxanasına aparılıb. Sol budu sınan və üz toxumalara zədələnən Sahib Rüstəmov əməliyyat olunaraq renamiasiya şöbəsinə yerləşdirilib.

Qəzanın təfərrüatlarını isə Xətai rayon polis idarəsinin istintaqçıları araşdırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR