ANS PRESS-in məlumatına görə, “Euronews” xəbər verir ki, manifestçilər son baş verən zəlzələ nəticəsində ziyan çəkənlərə təcili kömək edilməsini hökümətdən tələb edib.
Etiraz edənlərin sözlərinə görə hökümət evsiz qalmış insanlara lazımi köməyi göstərmir. Etirazlar zamanı polislə qarşıdurma yaşansa da həbs edilən olmayıb.
Qeyd edək ki, Nepalda baş verən dəhşətli zəlzələ nəticəsində minlərlə insan həyatını itirib və ya itkin düşüb. Hakimiyyət dünən ölkədə 3 günlük matəm elan edib.
Hazırda dağınıqlar arasında qalan insanların xilasetməsi davam edir. Lakin xilasetmə işləri zamanı texniki təchizatda problemlər mövcuddur. Xilasetmə zamanı 80 saat dağıntılar içərisində qalan bir kişini sağ çıxarmaq mümkün olub.
Nepalda baş verən zəlzələ nəticəsində Azərbaycan da olmaqla bir çox ölkələr humanitar yardım göstəriblər.
Mənbə
ANS PRESS