Türkiyəli müğənni Sıla Gençoğlu dünən Bakı Konqres Mərkəzində
solo konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, konsertdə hit mahnılarını
səsləndirən sənətçi
ilə tamaşaçılara unudulmaz musiqi gecəsi yaşadıb.
Sıla səhnədə öz repertuarı ilə yanaşı, Azərbaycan mahnılarına
da müraciət edib. Cahangir Cahangirovun "Ay Qız" mahnısını ifa edən
ulduz bu jesti ilə Azərbaycan musiqisinə olan sevgisini nümayiş
etdirib.
Məlumat üçün bildirək ki, konsert proqramı Ruhi Əliyevanın
rəhbəri olduğu "Liatris Holding"in təşəbbüsü və "Kevents Group"un
təşkilatçılığı ilə baş tutub.