Boko Harama ağır zərbə

Boko Harama ağır zərbə
08:56 14 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Kamerunda Boko Haram qruplaşmasının hərbi düşərgəyə hücumu uğursuz olub. Hökumət qüvvələri Kolofata şəhərində keçirilən anti-terror əməliyyatları zamanı azı 143 silahlını zərərsizləşdiriblər. Boko Haram əməliyyatlara qarşı Kameruna irimiqyaslı müharibə elan edib. Qruplaşma üzvləri öldürülən silahdaşlarının qısasını alacaqlarına vəd ediblər.

Qeyri-rəsmi mənbələr Boko Haramın bir müddət əvvəl Nigeriyanın Baqa şəhərinə hücumu zamanı qarşıdurmalarda azı 1000 nəfərin öldüyünə dair xəbərlər yayıblar.

Zorakılıqlarlardan qaçan minlərlə insan isə, qonşu Çada sığınıb. Birləşmiş Millətlər Təşkilatı rəsmiləri azı 150 min insanın evlərindən köçkün düşdüyünü bildirib.

Boko Haram ötən il Çibok şəhərində 200-dən çox məktəbli qızı oğurlamışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR