"Brilliant Dadaşovanın necə vasvası qadın olduğunu bilirsiz"

"Brilliant Dadaşovanın necə vasvası qadın olduğunu bilirsiz"
09:32 14 Yanvar 2015
191 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Röya Ayxan xalq artisti İlhamə Quliyevanın xanım müğənnilərdən təkcə onunla duet oxumaq istədiyi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib
Milli.Az xəbər verir ki, qafqazinfo-ya açıqlamasında sənətçi xalq artistinin fikirlərindən sonra özünü xoşbəxt hiss etdiyini qeyd edib: “Hazırda çox xoşbəxt qadınam, çünki Azərbaycanda dəyərli, əfsanəyə çevrilmiş insanlar hər zaman mənim adımı çəkirlər. Mənsum İbrahimov bu yaxınlarda hər dəfə dediyi kimi söylədi ki, Röyaya qulaq asanda dincəlirəm.

İlhamə xanım deyib ki, yeganə qadın müğənnidir ki, onunla duet oxuyaram. Brilliant Dadaşovanın necə vasvası qadın olduğunu bilirsiz. O da duet oxumaq istədiyi ifaçılar sırasında mənim adımı çəkib. Adama nə lazımdır ki? Güllə vursan da, ölmərəm. Uyğun mahnı olsa, İlhamə xanımla sevə-sevə duet oxuyaram. Səs-səda salan mahnıları sevirəm, tərzim də İlhamə xanımla uyğun gələr”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR