Nepalın paytaxt Katmanduda daxil olmaqla bir çox xəstəxanalarındakı vəziyyət ürək ağrıdır.
Yüzlərlə yaralaı xəstəxanaların otaqları, dəhlizlərində kömək gözləyir. Əslində ağır şərtlər altında xəstəxanaya çatdırılan yaralılar şanslı sayılırlar.
Əməliyyat otaqları belə dolu olduğu üçün xəstələr bir başa otaqlarda, açıq şəraitdə cərrahi müdaxiləyə məruz qalırlar.
Yaralı ilə dolu olan xəstəxanalarda hər kəs kömək üçün əlindən gələni edir. Bunlardan biri də CNN kanalının müxbiri olub. Belə ki, əsl peşəsi cərrah olan Sanjay Gupta xəstəxanaya reportaj hazırlamaq üçün gedib. lakin bu zaman beyninə qan toplanan azyaşlı qız gətirilib. Əllərində lazımı avadanlıq, dərmanlar olmayan həkimlər qızı müayinə etdikdən sonra dərhal əməliyyat edilməli olduğunu deyiblər. Bu zaman həkim çatışmazlığını görən müxbir mikrafonu qoyaraq əməliyyata girib. Xoşbəxtlikdən kiçik qızın həyatını xilas etmək mümkün olub.
Mənbə
ANS PRESS