2018-ci ildə məhkəmə dəhlizlərinə də ayaq döyən məşhurlar olub.Milli.Az "ölkə.az"-a istinadən siyahını oxucuları ilə bölüşür.1. Oktay KaynarcaMəşhur aktyorun yaxtasında aparılan araşdırma zamanı qaçaq su istifadə edildiyi üzə çıxdı. Oktay bu səbəbdən məhkəmənin hökmü ilə 4 min lirə (1200 manata yaxın) cərimə ödəməli oldu.2. Kıvanç TatlıtuğKıvanç keçmiş mühasibi Erdalın ona 3.5 milyon lirə ziyan vurduğu iddiası ilə məhkəməyə müraciət etmişdi.3.Seren SerengilSeren Serengil 3 gününü həbsxanada keçirdi. Məhkəmə tərəfindən Gülbən Ərgən əleyhinə danışmaq qadağan edilsə də, Seren bu qərara uymadığı üçün həbs edilmişdi.4. İtır EsenGözəllik kraliçası Esen Tvitterdə 15 iyul şəhid və qazilərini təhqir etdiyi üçün tacı əlindən alındı. Məhkəmədə ifadə verən İtır səhvi üçün üzr istədi.5. EzhelƏsl adı Sercan İpəkçioğlu olan repçi narkotik maddə istifadəsinə təşviq etmə maddəsi ilə məhkəmə qarşısına çıxdı. 10 ilə qədər həbsi tələb edilən repçi hərəkəti cinayət etmək məqsədi ilə etmədiyi iddiası ilə bəraət aldı. Amma sonradan yenidən cinayət işi açıldı. Hazırda məhkəmə prosesi davam edir.6. Berna LaçinTvitter səhifəsində xalqın dini dəyərlərini təhqir etdiyi üçün haqqında cinayət işi açıldı və 1 il müddətinə həbsi tələb edildi.7. Arda Turan-Özlem Ada Şahin-Berkay ŞahinEmirqan səmtindəki bir barda Arda Turan müğənni Berkayın həyat yoldaşı Özləm Ada Şahinə sataşıb. Bu zaman dava-dalaş olub və Arda Berkayın burnunu sındırıb. Arda Turan haqqında cinsi zorakılıq, qəsdən yaralama, silahla atəş açma və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi açıldı və 12.5 ilə qədər həbsi tələb edildi. Berkay da təhqir ittihamı ilə məhkəməyə cəlb edildi və 2 il həbsi tələb edildi.8. Müjdat Gezen-Metin AkpınarMetin Akpınar və Müjdat Gezen bir televiziya verilişində "Mətubat orqanları və sosial şəbəkədə Türkiyə prezidentini hədəf alaraq təhqiredici fikirlər söylədiyi, çevriliş və ölüm təhdidi etdikləri ilə bağlı xəbərlər çıxdığı"nı xatırladıb cinayət işi açıldı. Hər iki aktyor prokurorluğa dəvət edilib.9. Handə YenərMüğənni Handə Recep Güngör adlı şəxsin sosial şəbəkədə onu təhdid etdiyini, Cihangir səmtindəki evinə zorla girməyə çalışdığını bildirərək məhkəməyə şikayət etdi.10. Ahmet Kural-Sıla GençoğluSıla fiziki şiddət iddiası ilə Ahmet Kuralı məhkəməyə verdi. Məhkəmə Kurala 3 ay ərzində Sılaya yaxınlaşmamaq qərarını verdi. Bundan başqa aktyorun 1 il 1 aydan 5 ilə qədər həbsi tələb edilir.Milli.Az