Banqladeşdə ağlagəlməz hadisə baş verib.

Publika.az xəbər verir ki, iki gün öncə keçirilən seçkilərdə 35 yaşlı bir qadın müxalif Milliyyətçi Partiyasına səs verdiyi üçün iqtidar partiyasından olan 7 nəfərin cinsi təcavüzünə məruz qalıb.

Onların arasında Avami bölgəsindən namizədliyini irəli sürən Ruhul Amin adlı şəxs də olub. Qadının həyat yoldaşı da onun və 4 uşağının əl-ayağını bağlayaraq arvadına təcavüz edildiyini bildirib.

Ruhul Amin iddiaları rədd etsə də, partiya tərəfindən uzaqlaşdırılıb.