Rusiyada tanınmış iş adamı qətlə yetirilib

10:17 14 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 10:14 ]


Bakı - APA. Rusiyanın Kemerovo vilayətində tanınmış biznesmen, “Melkorm” müəssisəsinin sabiq direktoru yaşadığı binanın qarşısında qətlə yetirilib.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, 41 yaşlı Dmitri Rıjenkovun üzərində odlu silah yaraları olan meyiti səhər saat 8:35-də aşkarlanıb.

 

Bildirilir ki, onu gözləyən sürücüsü atəş səsləri eşitdikdən sonra biznesmenin yaralandığını görüb. Dərhal hadisə yerinə təcili tibbi yardım və polis çağırıb. Lakin yaralı təcili tibbi yardım gələnədək dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR