Ramil Usubov 4 rəisi birdən dəyişdi

Ramil Usubov 4 rəisi birdən dəyişdi
10:32 14 Yanvar 2015
581 Sosial
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib
“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-yə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-yə, Xətai rayon Pİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon Pİ-yə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-yə rəis təyin edilib.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R. Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR