Maradona məktub göstərdi: "Baxın, o sağdır" - FOTO

Maradona məktub göstərdi: "Baxın, o sağdır" - FOTO
10:52 14 Yanvar 2015
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kubadakı inqilabın əfsanəvi lideri Fidel Kastro Rusun səhhəti ilə bağlı son vaxtlar çoxsaylı iddialar dolaşır. Deyilənlərə görə, son illər müxtəlif xəstəliklərdən əziyyət çəkən 88 yaşlı Komandante dünyasını dəyişib.

Onun uzun zamandan bəri görünməməsi də ölüm faktının sübutu kimi göstərilir.
 
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Fidel Kastronun ölümünü onun ən yaxın dostlarından biri, dünya futbolunun əfsanəsi Dieqo Maradona təkzib edib. O, Telesur telekanalının studiyasına yollanaraq jurnalistlərin F.Kastrodan aldığı məktubu göstərib.
Komandante məktubunda gündəmdəki bir sıra məsələlər, o cümlədən dünya bazarlarında xam neftin ucuzlaşmasından bəhs edir.
Məktubu Fidel Kastronun özü imzalayıb.
 
"Məktub bu yaxınlarda yazılıb. Baxın, Fidel Kastro ötən ilin dekabrında Kubadakı həbsxanalarda saxlanan 3 amerikalı agentin azad olunmasından, habelə Latın Amerikası ölkələrinin sammitindən bəhs edir. Çox şadam ki, Kastronun vəziyyəti yaxşıdır", - D.Maradona deyib.
 
Fidel Kastro 2006-cı ildə səhhətindəki problemlərə görə istefa vermiş, hakimiyyəti kiçik qardaşı Raul Kastroya həvalə etmişdi. Komandantenin son fotosu ötən ilin avqustunda Venesuela prezidenti Nikolas Maduro ilə çəkilib.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR