Müğənni Sıla Gençoğlu dünən axşam “Masterchef” aşpaz müsabiqəsindən sonra məşhurlaşan Hazer Amani ilə birlikdə Beşiktaşda görüntülənib.

Publika.az xəbər verir ki, avtomobilin içində qucaqlaşan cütlük kameralara məhəl qoymayıb. Jurnalistlərin suallarını cavabsız qoyan ulduzlar daha sonra Sılanın Nişantaşındakı evinə gedib. Ayaq üstə durmaqda çətinlik çəkən Sılaya binanın təhlükəsizlik xidməti işçisi və Hazar Amani dəstək olub.

Tanınmış aşpazın barmağındakı üzük isə diqqətlərdən qaçmayıb.

Xatırladaq ki, Sıla bir neçə ay əvvəl aktyor sevgilisi Ahmet Kural ilə qalmaqallı şəkildə ayrılmışdı. Aktyorun ona şiddət tətbiq etdiyini iddia edən müğənni sevgilisini məhkəməyə vermişdi. Sıla ilə Ahmet Kuralın məhkəməsi hələ davam edir.