ASALA Mingəçevirdə terror hazırlayır?

ASALA Mingəçevirdə terror hazırlayır?
11:05 14 Yanvar 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

Erməni terror təşkilatı ASALA Mingəçevir su anbarını zəhərləmək barədə plan qurur. Belə bir plan erməni terrorçularının Fransa toplantısında müzakirə olunub.
 
Redaksiyamıza daxil olan məlumatlara əsasən, yola saldığımız 2014-cü ilin noyabr ayının 20-də radikal-ekstremist "Daşnaksütyun" partiyasının fəallarının növbəti iclası keçirilib. İclasda əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son gərginlik və ermənilərə məxsus hərbi helikopterin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi olub.
 
Fransa və digər Avropa ölkələrində 1980-cı illərdə həyata keçirilmiş terror aktlarında iştirakına görə tanınan Vazgen Sisliyanın Fransadakı nümayəndəsi Sako adlı şəxs "Daşnaksütyun" partiyasını və digər erməni təşkilatlarını helikopterin məhvinə susmamağa çağırıb. O, Yerevanda olarkən həmin məsələni V.Sisliyanla müzakirə etdiyini deyib. 30-35 yaş arasında olan Sako helikopterin məhvinə cavab variantlarından biri kimi Mingəçevir şəhərindəki su anbarının zəhərlənməsi olduğunu bildirib. Belə bir terror əməlini törətməyi təklif edib.
 
Amma ermənilər çox gözəl bilirlər ki, Azərbaycan hər bir təhlükənin qarşısını almaq qüdrətindədir. Erməni terrorçuları hər dəfə Minqəçevir su anbarı ilə bağlı terror hədələri səsləndirərkən Yerevan şəhərindən bir neçə kilometr aralıda yerləşən Metsamor atom elektrik stansiyası barədə unudurlar.
 
1957-ci il təvəllüdlü V.Sisliyan Fransa və digər Avropa ölkələrində 1980-ci illərdə keçirilmiş terror aktlarının iştirakçısıdır. Hazırda Ermənistan ərazisində fəaliyyət göstərən "Novıy etap armyanskoy voorujennoy borbı" adı altında pərdələnən “ASALA” terrorçu təşkilatının bir qanadının rəhbəridir.
 
Xatırladaq ki, ötən ilin noyabr ayının 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR