Azərbaycan alimləri Rusiyada beynəlxalq mədəniyyət, incəsənət və folklor simpoziumunda çıxış ediblər

Azərbaycan alimləri Rusiyada beynəlxalq mədəniyyət, incəsənət və folklor simpoziumunda çıxış ediblər
21:58 30 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 30 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Rostov-Don şəhərində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyənin Səlcuq Universiteti və Rusiyanın Cənubi Federal Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq mədəniyyət, incəsənət və folklor simpoziumu keçirilib.
“MİRAS” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, simpoziumun açılışında Cənubi Federal Universitetinin dosenti Anton İvaneşko, təşkilat komitəsinin sədri Əhməd Aytaç çıxış edərək tədbirin üç ölkə - Azərbaycan, Türkiyə və Rusiyadan olan institutların təşkilatçılığı ilə keçirilməsinin onların iqtisadi və mədəni əlaqələrinə mühüm töhfə verəcəyini nəzərə çatdırıblar.
Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyadan 50 məruzə, 12 poster təqdim olunub.
Tədbirdə Azərbaycan alimlərinin “Azərbaycan ərazisində qədim türk incəsənəti”, “Türkdilli xalqların mədəniyyət və folkloruna dair”, “Şəki şəhəri və ətraf kəndlərdəki pir və ziyarətgahlar”, “Azərbaycanın Şəki şəhərində ənənəvi sənətkarlıq irsinin qədim izləri və müasir durumu”, “İncəsənət tarixi: maddi və mənəvi mədəniyyətin daşlaşmış şahidi – başdaşları” mövzularında poster-məruzələri təqdim olunub. Azərbaycan və Rusiya alimlərinin birgə tədqiqatı olan "İlk orta əsr Mehrəvan şəhər yerində metal detektorların istifadəsi ilə aparılan araşdırmaların ilkin nəticələri" məruzəsi maraqla qarşılanıb.
Sonda simpozium iştirakçılarına sertifikatlar, simpozium komitəsinin rəhbərlərinə fəxri diplomlar təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimleri_Rusiyada_beynelxalq_medeniyyet_incesenet_ve_folklor_simpoziumunda_chixis_edibler-851277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı