Məlumata görə bəzi tədqiqatlar, D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edir.Dietoloqların sözlərinə görə, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır.Milli.Az faktxeber.com-a istinadən bildirir ki, bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.Orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.D vitamini çatışmazlığı isǝ epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə dǝ səbəb olur.İnsan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir.D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz.Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur.Hesablamalara görə, günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.Məlumatda oda bildirilir ki, mütǝxǝssis Şeyda Sıla Bilgili D vitamini - həm qidalanma, həm də günəş işığının köməyi ilə qəbul edilə bildiyini, müxtǝlf balıq növlǝrindǝ, pendir, süd, kərə yağı və yumurtanın sarısında D vitamini olduğunu bildirib.Milli.Az