Məşhur rejissor ilk dəfə serial çəkəcək

Məşhur rejissor ilk dəfə serial çəkəcək
11:09 14 Yanvar 2015
157 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur yazıçı və ssenarist Vudi Allen ilk dəfə serial çəkəcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adı hələ bəlli olmayan ekran işi üçün rejissor “Amazon” studiyası ilə müqavilə bağlayıb. Serial Böyük Britaniya, Almaniya və ABŞ-da “Prime İnstant Video” internet kanalı vasitəsilə yayımlanacaq və yarım saatdan artıq olmayacaq.

Kinostudiyanın vitse-prezidenti Roy Prays dünya şöhrətli rejissorla çalışmağın onlar üçün böyük şərəf olduğunu bildirib:

“Vudi Allen çox gözəl filmlərə imza atmış əsl yaradıcı şəxsiyyətdir. Çəkəcəyi ilk televiziya serialında onunla işləmək bizim üçün fəxrdir”.

V.Allen isə yeni işi ilə bağlı bunları deyib:

“Bu işin içinə necə girdim bilmirəm. Heç bir ideyam yoxdur”.

Qeyd edək ki, serialın premyerası 2016-cı ilə planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR