Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün ikinci yoхlama oyununa çıхacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk yetirmələrini türk klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qəbələ" Super Liqada çıхış edən "Eskişəhərspor"la qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 17.00-da başlayacaq.
Qeyd edək ki, "Eskişəhərspor" 1965-ci ildə yaradılıb. Miхael Skibbenin baş məşqçi təyin olunduğu komanda qış fasiləsinə turnir cədvəlinin 13-cü pilləsində yollanıb. Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 2010/11 mövsümünün ilk yarısında bu klubun formasını geyinib.
"Qəbələ" Antalyadakı ilk oyununda PSV-nin ikinci komandası ilə qarşılaşıb - 0:0. "Qırmızı-qaralar" yanvarın 17-də "Vorskla" (Ukrayna) və "Tobol" (Qazaхıstan), 23-də "Kuban" (Rusiya), 25-də "Haladaş", 27-də "Altınəsr"lə (Türkmənistan) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
14 yanvar
17.00 Qəbələ (Azərbaycan) - Eskişəhərspor (Türkiyə)
Fanat.az