Rəqsanə Günayın keçmiş prodüserini yanına gətirdi

Rəqsanə Günayın keçmiş prodüserini yanına gətirdi
11:16 14 Yanvar 2015
158 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova həmkarı Günay İbrahimlinin keçmiş prodüseri Sevinc Hüseynova ilə işbirliyinə başlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram səhifəsində yazıb:

“Sevinc bizim komandaya gəldi, xeyirli-uğurlu olsun. Amma, əzizlərim, sabah başqa-başqa sözlər yazılmasın. Günayı çox istəyirəm, onun hər uğuruna sevinirəm. Onunla heç bir problemim yoxdur. Öz əziyyəti ilə tanınmaq çox çətindir. Bir insan digərinin yanında daim ola bilmir. Çünki həyat belə müvəqqətidir. Əsas Allah ruzi-bərəkətimizi bol etsin”.

Qeyd edək ki, G.İbrahimli S.Hüseynovanın ondan ayrılması ilə bağlı belə demişdi:

“Sevinclə heç bir problemimiz olmayıb. Bir gün mənə mesaj yazdı ki, səninlə çalışmaq istəmirəm. Zəng etdim, cavab vermədi. Sevinc heç zaman prodüserim yox, mənim köməkçim olub-hətta Təranə Səmədova ilə işləyərkən. Sadəcə olaraq, ona xoş gəlsin deyə, mən Sevincin vəzifəsini şişirdib, hər yerdə prodüser kimi qələmə vermişəm! Lakin prodüserlə köməkçi tam fərqli anlayışlardı! Sevinc mənim yanımda belə çalışırdı - o stəkanı bura qoy, bu çantanı ora apar. Bu isə prodüserlik demək deyil. Bu azmış kimi, onunla çalışdığım zaman mən bəzi insanlarla ünsiyyətdən, bir çox toy və tədbirlərdən məhrum olmuşam”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR