Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova "Şou news" verilişində deyib. Müğənni sosial şəbəkədə ona yazılan mənfi rəylərə münasibət bildirib. Dadaşova ona tənqid yazan izləyicilərini kartof adlandırıb.İfaçı formada qalma sirlərini izləyiciləri ilə bölüşəcəyini bildirib:"Özəl heç nə etmirəm. Bu yaxınlarda nə yeyib, nə içdiyimi İnstaqram-a qoymağa. Xanımlar çox yazırlar. Bilmirəm, yerinə yetirəcəklər, ya yox. Gözəllik nisbidir. Gözəl insan hər şeyi də gözəl görür".Qeyd edək ki, Dadaşova bir müddət əvvəl qısa ətəkdə fotolarını paylaşmış və tənqid edilmişdi.Milli.Az